Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni ildə ilk iclası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasın yekunları ilə bağlı mətbuat üçün açıqlama verilib.
Açıqlamada deyilir ki, NATO-ya daxil olmaq istəyən dövlətlər Alyansın qanunlarına və ruhuna uyğun hərəkət etməlidirlər: “Türkiyə Milli Təhlükəsizlik Şurası Üçtərəfli Memorandumdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırır. İsveç və Finlandiya anlaşma memorandumundan irəli gələn öhdəliklərini yerinə yetirmək və terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün konkret addımlar atmalıdır. Din, vicdan və fikir azadlığı kimi dəyərlərə xələl gətirən hərəkətləri təşviq edən və müdafiə edənlər nifrət cinayətlərinə ortaq olurlar”.