Zelenski: "Putin sülh istəmir"

"Putin danışıqlar istəmir, çünki sülh istəmir".


Bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Sky News"a müsahibəsində deyib.


Prezident Zelenski bildirib ki, Rusiya heç bir danışıqlar aparmaq istəmir və bu, müharibədən əvvəl də belə idi.


"Mən əminəm ki, Ukrayna onun üçün ilk addımdır. Mən əminəm ki, o, böyük müharibə başladıb".


Ukrayna lideri Moskvanın qlobal ictimaiyyətin bu müharibəyə qarşı birləşməyəcəyini və Ukraynaya verdiyi dəstəkdən yorulacağını gözlədiyini deyib. "Putin düşünür: "Mən indi Ukraynada məşq edirəm, amma biz gözləyəcəyik..., onlar yorulacaqlar və mən daha da irəliləyəcəm. Ukraynadan sonra onların növbəti addımları olacaq, əgər biz tab gətirə bilməsək, başqa ölkələr hədəf olacaq. Düşünürəm ki, biz bacaracağıq, dəstək alacağıq və qalib gələcəyik", - Zelenski vurğulayıb.


Jurnalist Prezident Putinlə üzbəüz görüşün davam edən münaqişənin həllinə kömək edib-etməyəcəyi barədə sual soruşduqda, Ukrayna Prezidenti bu görüşün onun üçün artıq maraqlı olmadığını deyib.


"Mənim üçün maraqlı deyil. Görüşmək, danışmaq maraqlı deyil. Niyə? Çünki onunla görüşmüşdük. Normandiya formatında, bu, tam miqyaslı işğaldan əvvəl idi. Mən bir şey deyib daha sonra başqa bir şey edən adamı gördüm. Başa düşə bilmirəm, bu, onun qərarlarıdır, yoxsa başqasının? Yəni kim ilə görüşmək, əl sıxmaq? Maraqlı deyil. Danışmaq? Rusiyada kimin qərar verdiyini həqiqətən anlamıram. O indi kimdir? Tam miqyaslı işğaldan sonra mənim üçün o, heç kimdir, heç kim", - Ukrayna Prezidenti deyib.


Ukrayna lideri Rusiya ərazisində döyüşmək niyyətləri olmadığını bildirib.


“Mənim üçün insanlar bir nömrəli prioritetdir. Ona görə də Rusiya ərazisində döyüşmək istəmirəm. Sadəcə, onların müharibəni mümkün qədər tez dayandırmalarını və ölkəmizi mümkün qədər tez tərk etmələrini istəyirəm. Mən sizə əminliklə deyə bilərəm ki, onlar bizim ərazimizi tərk etsələr, müharibə dayanacaq”, o deyib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.