ABŞ dövlət Katibi Entoni Blinken Misir, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Səfər çərçivəsində keçiriləcək görüşlər zamanı Blinken İsrail və fələstinlilər arasında artan gərginliyi, eləcə də Ukraynadakı müharibəni müzakirə edəcək.
O, İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas ilə görüşəcək.