Rusiya növbəti kütləvi səfərbərlik planlaşdırır - BU DƏFƏ KRIMDA
ŞƏRH

Ukrayna Baş Qərargahından bildirilib ki, Rusiyada növbəti kütləvi səfərbərlik dalğası fevralın sonuna planlaşdırılır. Məlumata görə, Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində Rusiya növbəti səfərbərlik dalğasına hazırlıq tədbirləri həyata keçirir. 

 

Daha əvvəl Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da oxşar proqnozlar vermişdilər. Əlbəttə, proqnozların günü sabah reallaşması qeyri-mümkündür. Amma yaxın gələcək üçün belə bir ehtimal istisna deyil. 

 

Məsələ ondadır ki, Rusiya ordusunun şəxsi heyəti getdikcə tükənir. Rusiya Silahlı Qüvvələri hər gün Ukraynada yüzlərlə itki verir. Dünya dövlətlərindən heç biri Rusiyaya kömək etmir. 

 

Doğrudur, “Vaqner” özəl hərbi təşkilatı Rusiya ordusuna kömək edir. Amma onların imkanları sonsuz deyil.  

Ölkədə ilk dəfə səfərbərlik elan olunandan sonra Rusiya cəbhədə müəyyən irəliləyişlər əldə etməyə nail oldu. Qoşunların Soledardan çıxması isə göstərir ki, Rusiyanın imkanları tədricən tükənir. 

 

Kreml hələ ki səfərbərlik iddialarını rədd edir. Buna baxmayaraq, Prezident Vladimri Putinin sözçüsü Dmitri Peskovun sonuncu açıqlamalarından biri növbəti səfərbərlik dalğası ilə bağlı ehtimalı artırır. O bildirmişdi ki, səfərbərlik prosesi hələ başa çatmayıb. Deməli, rəsmi elan olunmasa belə, səfərbərliyin ikinci dalğasının həyata keçirilməsi mümkündür.

 

Bu gün Rusiyaya ən çox lazım olan ordudakı şəxsi heyətin sayını mümkün qədər artırmaqdır. Amma Kreml bunu gizli formada etməlidir. Yəni rəsmi Moskva səfərbərliyin ikinci dalğasına mümkün qədər getməməyə çalışacaq. Rusiya müxtəlif bəhanələrlə orduya yeni çağırışçılar cəlb etməyə səy göstərəcək. Yaxın gələcəkdə bununla bağlı müxtəlif açıqlamaların verilməsi, həmçinin ehtimal edilən səfərbərliyin “pərdələnməsi” mümkündür. 

 

Buna baxmayaraq, Rusiyada səfərbərlik ehtimalı hər ötən gün artır. Yaxın gələcəkdə ölkədə səfərbərliyin ikinci dalğasının elan olunması mümkündür. 

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.