Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Şura bu gün Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrini hədəf alan məhdudlaşdırıcı tədbirlərin altı ay - 31 iyul 2023-cü ilə qədər uzadılması barədə qərar qəbul edib.
"İlk dəfə 2014-cü ildə Rusiyanın Ukraynada sabitliyi pozan hərəkətlərinə cavab olaraq tətbiq edilən bu sanksiyalar Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzü fonunda 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.
Onlar hazırda ticarət, maliyyə, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və bahalı mallar üzrə məhdudiyyətlər də daxil olmaqla, bir sıra sahələri əhatə edir", - məlumatda qeyd olunub.(APA)