Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında anbarda yanğın baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yanğın “Sindika” bazarının ərazisində 2100 kvadratmetr sahəni əhatə edib.
Bu barədə Fövqəladə Hallar Xidmətlərindən məlumat verilib.
“Moskva Dairəvi yolunun 65-ci km-də “Sindika” bazarının ərazisində anbarda yanğın başlayıb. Hazırda o, bütün ərazini - 2100 kvadratmetr sahəni bürüyüb”, - deyə məlumatda bildirilib.
Zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Yanan anbarın içərisində tikinti materiallarının olduğu bildirilir.
Həmçinin Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yanğının qəsdən törədilə biləcəyi də istisna olunmur.