İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük prosesinin müvəqqəti dayandırılması ilə bağlı açıqlama verib.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, T.Billström paytaxt Stokholmda 25 müsəlman ölkəsinin səfirləri ilə görüşdən sonra bu qənaətə gəlib.
Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar - İsveçdə Quranın yandırılması ilə bağlı aksiyalar fonunda Stokholmun Şimali Atlantika Alyansına qoşulması prosesi hələ ki dayandırılır.
İsveçli nazir əlavə edib ki, bu ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində ölkəsinin bu təşkilata tamhüquqlu üzv olacağına ümid bəsləyir.