Argentina və Latın Amerikası ölkələri Ukraynaya silah tədarük etməyi planlaşdırmırlar.
“İnterfaks” xəbər verir ki, bunu Argentina Prezidenti Alberto Fernandes deyib.
Argentinada səfərdə olan Almaniya kansleri Olaf Şoltsla görüşdən sonra keçirilən mətbuat konfransında o bildirib ki, Argentina və Latın Amerikası ölkələri Ukraynaya və ya başqa münaqişə zonalarına silah göndərməyi planlaşdırmırlar.
Xatırladaq ki, bu həftənin əvvəlində Braziliya Prezidenti də Ukraynaya tanklar verilməsi ilə bağlı Berlinin xahişini rədd etmişdi.