Pakistanın Peşavar şəhərində yerləşən məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.
Xarici KİV xəbər verir ki, 200-dən çox insan xəsarət alıb.
Bir neçə nəfərin durumu ağır olaraq qalır.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.
**01:04
Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 61-ə çatıb.
Xarici KİV xəbər verir ki, 150-dən çox insan yaralanıb. Hazırda onlardan 60 nəfəri xəstəxanalarda müalicə alır.
Daha əvvəl məsciddə namaz vaxtı partlayışın baş verdiyi, daha sonra binanın tavanı və divarlarının uçduğu bildirilib. Çoxlu sayda insan dağıntılar altında qalıb.
Partlayışa görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.
**20:12(30.01.2023)
Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb, daha 157 nəfərin isə yaralandığı qeyd edilir.
Bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Qəzet yazır ki, dağıntılar altında insanların qala biləcəyi nəzərə alınaraq teraktın baş verdiyi yerdə xilasetmə əməliyyatı aparılır.
Yeri gəlmişkən, hadisə zamanı ərazidə 500-ə yaxın adamın olduğu bildirilir.
Geo TV-nin bir az əvvəl yaydığı məlumata görə, “Tehreek-e-Taliban Pakistan” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
**13:50
Pakistanın Peşavar şəhərində yerləşən məscidlərin birində partlayış törədilib.
“Reuters” xəbər verir ki, namaz vaxtı baş verən partlayış nəticəsində məscidin bir hissəsi çöküb. Nəticədə 17 nəfər ölüb, 90-dan çox insan yaralanıb.
Peşavardakı “Lady Reading” hospitalının sözçüsü Mohammad Asim bildirib ki, yaralıların bəzilərinin vəziyyəti çox ağırdır.