Zelenski Nikolayev vilayətinə səfər edib.
Bu barədə “Unian“ məlumat yayıb.
Nikolayev vilayətinin rəsmiləri ilə görüş zamanı Ukrayna Prezidenti qeyd edib ki, vilayət işğalçıların bütün hücumlarını qəhrəmancasına dəf edir.
Zelenski səfəri zamanı vilayətin əməliyyat vəziyyətini, Rusiyanın raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarının nəticələrini müzakirə edib.
Həmçinin, Nikolayev vilayətinin enerji infrastrukturunun, mühafizə vasitələrinin vəziyyəti və həyata keçirilən bərpa işlərinin tempi məsələləri də müzakirə edilib.