Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarış aparılır.
Bu barədə “RBC-Ukraina” məlumat yayıb.
Bildirilib ki, bu, Daxili İşlər Nazirliyinin rəhbərliyinin öldüyü Brovarıda baş vermiş helikopter qəzası ilə bağlıdır.
Belə ki, söhbət hələ Avakovun nazirliyə rəhbərlik etdiyi günlərdə Fransadan “Airbus” helikopterlərinin alınmasından gedir.
Bu barədə eks-nazir mətbuata açıqlamasında deyib ki, hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyini “H-225”, “H-145” və “H-125” helikopterləri ilə təmin edən Fransanın “Airbus Helicopter” şirkəti ilə altı illik müqavilələri nəzərdən keçiriblər.("Report")