Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə görüşüb.
Bu barədə “RBC-Ukraine” agentliyi dövlət başçısının feysbuk səhifəsinə istinadən məlumat yayıb.
"Ukraynada Avropaya inteqrasiya baxımından iki çox mühüm günə qədəm qoyuruq. Bizim Kiyevdə əldə edəcəyimiz razılaşmalar və qəbul edəcəyimiz qərarlar bütün Avropanın güclənməsinə xidmət edəcək", - Zelenski yazıb.
Xatırladaq ki, Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynaya bir qrup Avropa komissarı ilə gəlib. Onlarla birlikdə İttifaqın təhlükəsizlik və xarici siyast üzrə ali komissarı Jozep Borrel də Kiyevdə səfərdədir.(“Report”)