Qərb Ukraynanı silahla təmin etdikcə, Rusiya öz potensialından maksimum istifadə edəcək. Bu o deməkdir ki, Rusiyanın potensialı var və Qərb tərəfindən tədarük edilən yeni silahlar ortaya çıxdıqda, Rusiya xüsusi hərbi əməliyyat çərçivəsində cavab vermək üçün mövcud potensialından maksimum yararlanacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Kremlin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin Stalinqrad qələbəsinin 80-ci ildönümü tədbirində səsləndirdiyi fikri şərh edərkən deyib.
Volqoqrad şəhərində çıxış edən Putin qeyd edib ki, keçmişdə olduğu kimi, bu gün də Rusiya yenidən Almaniyanın üzərində xaçlar olan Leopard tankları ilə təhdid olunur.
O əlavə edib ki, Almaniya daxil Rusiyanı yeni savaşa sürüklüyənlər, Rusiya üzərində qələbə qazanmağı düşünənlər bu müharibənin nəticəsinin fərqli olacağını anlaya bilmirlər. Zirehli hərbi maşınların istifadə olunması nələrisə dəyişməyəcək.