ABŞ Latın Amerikası regionunda daha bir Çin zondu aşkarladı

Birləşmiş Ştatlar Latın Amerikası ərazisi üzərində Çin kəşfiyyat zondu olduğu ehtimal edilən daha bir hava şarı aşkarlayıb.

 

Bu barədə CNN telekanalı Pentaqonun sözçüsü Patrik Rayderə istinadən məlumat yayıb.

 

"Biz Latın Amerikası üzərində bir şarın hərəkət etməsi ilə bağlı xəbəri izləyirik. Təxmin edirik ki, bu, başqa bir Çin kəşfiyyat şarıdır", - deyə o qeyd edib.

 

Obyektin hansı ölkə ərazisində göründüyü barədə dəqiq məlumat verilməyib. CNN-in məlumatına görə, hava şarının ABŞ-a doğru irəlilədiyinə dair hələlik heç bir dəlil yoxdur.

 

Qeyd edək ki, bundan öncə ABŞ ərazisində Çinə məxsus hava şarı aşkarlanıb. Çin tərəfi zondun meteoroloji tədqiqatlar aparmaq üçün istifadə olunduğunu və güclü külək nəticəsində idarəetməni itirərək ABŞ hava məkanına keçdiyini bildirib.

 

Yeri gəlmişkən, məhz bundan sonra ABŞ dövlət katibi Entoni Blinken Çinə planlaşdırılan səfərini təxirə salıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.