Almaniyada Nürburqrinq yarış trekinin sahibi olan “NR Holding” kompaniyası müflisləşən Frankfurt-Han hava limanını satın alıb. Reynland-Pfalts federal əyalətində yerləşən bu hava limanı üçün təxminən 20 milyon avro ödənilib.
Bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, “NR Holding”in arxasında rusiyalı biznesmen Viktor Xaritonin dayanır.
Bildirilir ki, notariat müqaviləsi artıq imzalanıb və pul vəsaiti hesaba köçürülüb.
Həmçinin qeyd edilir ki, Xaritoninin adı Avropa İttifaqının sanksiyalar siyahısında yoxdur.