Rəsmi Pekin ABŞ-ın Çinin meteoroloji zondunun vurulması ilə nəticələnən hərəkətlərinə etiraz edib.
Senzor.az bildirir ki, müvafiq bəyanat Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Bəyanatda deyilir ki, Çin tərəfi ABŞ-ın mülki pilotsuz aerostata hücum üçün güc tətbiq etməsinə qarşı kəskin narazılığını və etirazını bildirir. Çin yoxladıqdan sonra Amerika tərəfini dəfələrlə xəbərdar edib ki, aerostat mülki istifadə üçün nəzərdə tutulub və ABŞ-a (hava məkanına) fors-major səbəbindən daxil olub. Bu, tamamilə gözlənilməz bir vəziyyət idi.
Xatırladaq ki, ABŞ ötən gün öz hava məkanında Çinin hava şarını vurub. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb. Lakin bununla bağlı əmrin Prezident Cozef Bayden tərəfindən verildiyi məlumdur. Pentaqon hava şarı vasitəsilə hərbi obyektlərin şəkillərinin çəkildiyini iddia edib.
Senzor.az