Türkiyədəki zəlzələ qurbanları BMT-də bir dəqiqəlik sükutla yad edildi

BMT Baş Assambleyanın rəsmi plenar iclasında Türkiyə və Suriyada zəlzələ qurbanları bir dəqiqəlik sükutla yad edilib.

 

Plenar iclasın açılışında çıxış edən BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi Türkiyə və Suriya hökumətlərinə və xalqlarına zəlzələ nəticəsində baş vermiş faciəvi insan tələfatı və dağıntılara görə dərin hüznlə başsağlığı verib.

 

Assambleya sədri BMT tərəfindən zəlzələdən zərər çəkənlərə humanitar dəstək verildiyini bildirib. Daha sonra BMT baş katibi və üzv ölkələrin nümayəndələri zəlzələ qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

 

“Report” xatırladır ki, bu gün səhər saatlarında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

 

Suriyada baş verən zəlzələ nəticəsində isə ölənlərin sayı 1060 nəfərə çatıb. Yaralıların sayı 2 400 nəfərdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.