Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Zelenski “Tvitter” hesabında yazıb.
Söhbət zamanı Ukrayna Prezidenti Türkiyənin başına gələn faciə ilə bağlı başsağlığı verib. O, Ukraynadan axtarış-xilasetmə qrupunun göndəriləcəyini deyib.
“Xilasedicilər tezliklə zərər çəkmiş rayonlara gələcəklər”, - deyə Zelenski bildirib.