Zelenski: Rusiya üzərində qələbə dünyanı dəyişəcək
YENİLƏNİB, FOTO

Zelenski Britaniya parlamentində çıxış edir.


Britaniya bürosunun xəbərinə görə, Londonda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Britaniya parlamentində "Westminster Hall"da çıxış edib.


Prezident Zelenskinin çıxışı böyük alqışlarla qarşılanıb. O, ingilis dilində çıxış edib və buraya Ukrayna döyüşçülərini təmsil etmək üçün gəldiyini deyib. O, ukraynalı əsgərlərə cəbhə xəttində döyüşmək üçün Britaniya tərəfindən təlim keçirildiyinə görə Britaniyaya təşəkkür edib.


Zelenski çıxışında azadlığın qalib gələcəyini bildiyini deyib: "Biz Rusiyanın məğlub olacağını bilirik və həqiqətən də bilirik ki, qələbə dünyanı dəyişəcək və bu, dünyanın çoxdan ehtiyac duyduğu dəyişiklik olacaq".


Prezident qeyd edib ki, London ilk gündən Kiyevin yanındadır, müharibənin ilk saniyələrində və dəqiqələrində dünya hələ necə reaksiya verəcəyini anlamayanda Britaniya kömək əlini uzadıb. O, həmçinin çıxışında Britaniyanın keçmiş Baş naziri Boris Consona da təşəkkür edib.(APA)

**17:23

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya Parlamentində çıxış edir.


APA xəbər verir ki, Prezident Zelenski Ukrayna müdafiəçilərinin adından çıxış etdiyini deyib.


Ukrayna lideri verdiyi dəstəyə görə Britaniyaya təşəkkür edib: "Bizim hamımız bu cəsarətinizə görə, sizə təşəkkür edirik. London ilk gündən Kiyevin yanında olub. Britaniya yardım əlini uzadıb.

Siz öz böyük xarakterinizi - güclü britaniyalı xarakterinizi göstərmisiniz. Siz öz dəyərlərinizlə bağlı kompromisə getməmisiniz".


**17:10

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunakla müharibədəki son durumu müzakirə edib.


Bu barədə Ukrayna Prezidentinin Ofisindən bildirilib.


Qeyd olunub ki, Zelenski hərtərəfli dəstəyə görə Sunaka təşəkkür edib.


O, Britaniyanın Ukraynanın sadiq tərəfdaşı olduğunu söyləyib.


Bundan başqa, Ukrayna lideri işğal altındakı əraziləri azad etmək üçün müttəfiqlərdən lazımi silahların alınmasının vacibliyini ifadə edib.


Görüş zamanı liderlər müdafiə sahəsində əməkdaşlığı və ikitərəfli gündəliyin bütün məsələlərini müzakirə ediblər.(“Report”)

**15:09

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya gedib.


Britaniya mətbuatı xəbər verir ki, Ukrayna Prezidentinin olduğu, Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Londonun şimalında yerləşən Stansted hava limanına enib.


Böyük Britaniya Baş naziri Rişi Sunak da Prezident Zelenskinin Londona gəlməsi barədə Twitter-də paylaşım edib.


"Prezident Zelenski, Britaniyaya xoş gəlmisiniz", - o bildirib.


Qeyd edək ki, Ukrayna Prezidenti V.Zelenksi Kral III Çarlzla və Baş nazir Rişi Sunakla görüşəcək.(APA)







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.