NATO ölkələri münaqişə ərzində Ukraynaya hər cür yardım göstəriblər.
Senzor.az bildirir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.
“NATO ölkələri artıq Ukraynaya hərbi, humanitar və digər yardımlar daxil olmaqla 120 milyard dollar dəyərində yardım ediblər”, - deyə Baş katib vurğulayıb.