Zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə yardım üçün Polşadan hərbi tibb heyəti gedib.
Bu barədə Polşa Müdafiə nazirliyi məlumat yayıb.
"Polşadan olan hərbi həkimlər artıq Türkiyədədir. Bu gün onlar öz işlərinə başlayacaq və zəlzələdən zərər çəkənlərə yardım göstərəcəklər. Səhra xəstəxanasının yaradılması üçün lazımi tibbi avadanlıqlar da hərbi təyyarənin göyərtəsində Türkiyəyə aparılıb", Nazirliyin məlumatında bildirilib.(APA)