Moldova Baş naziri Natalya Qavrilita istefa verdiyini açıqlayıb.
“Mold Press” agentliyi xəbər verir ki, bunu Qavrilita bugünkü mətbuat konfransında bildirib.
Qeyd edən ki, Natalya Qavrilitanın rəhbərlik etdiyi hökumət 2021-ci ilin avqustunda fəaliyyətə başlayıb. Bu müddət ərzində Ekologiya Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərində islahatlar aparılıb.