Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciət edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Putin parlamentə göndərdiyi mesajda mövcud vəziyyətə diqqət yetirəcək. Vətəndaşlarla birbaşa təmaslar da olacaq, lakin onun keçirilmə vaxtı hələ müəyyən edilməyib. Kreml Prezidentin mesajı üçün xarici jurnalistləri akkreditasiya edib-etməyəcəyinə hələ qərar verməyib. Onu da deyim ki, yaxın vaxtlarda Putinin yeni Xarici Siyasət Konsepsiyasını təsdiq etməsi gözlənilir”, - deyə D.Peskov bildirib.