Böyük Britaniyanın Baş naziri Rişi Sunak tələbələrlə birgə Kahramanmaraşda “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qatılıb.
“Anadolu”nun məlumatına görə, Baş nazir tələbələrin yardımları paketləmələrinə kömək edib.
İngiltərə mətbuatında yer alan xəbərə görə, Sunak tələbələrin başlatdığı yardım kampaniyasına qoşulmaq üçün universitetə gedib və Türkiyə Tələbə Birliyi üzvləri ilə görüşüb.
Tələbələrin yardım vasitələrini çeşidləməsi və qablaşdırmasına kömək edən Sunak həmçinin papaq, şərf və adyal ianəsi də edib.
“Yaşanan faciənin miqyasını anlamaq həqiqətən çətindir. Bir ata olaraq övladlarını dağıntıların altından çıxarmağa çalışan ailələri izləmək həqiqətən ürəkağrıdıcıdır. Türkiyəyə kömək etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Rişi Sunak qeyd edib.