Hakerlər İran Prezidentinin dövlət televiziyasındakı çıxışını kəsdilər və... "XAMENEİYƏ ÖLÜM!" ŞÜARI SƏSLƏNDİRDİLƏR

İranda Prezident İbrahim Rəisinin inqilaba həsr olunmuş nümayişdə çıxışının dövlət televiziyasında yayımı hakerlər tərəfindən kəsilib.

 

Məlumatı “Azad İran” yayıb.

 

Bildirilb ki, hakerlər yayıma müdaxilə edərək təxminən bir dəqiqəlik videoçarxı efirə buraxıblar. Həmin videoçarxda maskalı şəxs İran xalqını korrupsioner rejimin banklarına qoyduğu maliyyə vəsaitlərini çıxarmağa çağırıb.

 

Bundan sonra o, "İslam Respublikasına ölüm!”, “Xameneiyə ölüm!” kimi şüarlar səsləndirib.

 

İran KİV-də hücumun yalnız internet yayımda baş verdiyi bildirilib.

 

İranın Sistan-Bəluçistan əyalətində Tehran rejimindən narazı xalq İranda zülm altındakı millətlərin ürək sözlərini şüarla dilə gətirib: “Nə şah, nə dini rəhbər, azadlıq, bərabərlik!”, “Millətlər bərabərdir!".

 

“Report” xatırladır ki, fevralın 11-i İranda inqilabın qələbə çaldığı gündür. Rejim həmin hərəkatın 44-cü ildönümünə həsr olunan tədbirlər keçirir. Prezident İbrahim Rəisi və başqa rəsmilər tədbirlərdə çıxış edir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.