Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sanini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedib.
Senzor.az xəbər verir ki, Türkiyə Respublikası Prezident Aparatının rəsmi Twitter səhifəsində görüş barəsində paylaşım olub:
“Türkiyə Prezidenti "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlər səbəbilə Türkiyəyə gələn Qətər Əmiri Şeyx Təmim Bin Hamed Al Sani ilə görüşdü”.
**13:08
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Türkiyəyə yola düşüb.
Bu barədə Qətər Xəbər Agentliyi məlumat yayıb.
Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilir. Səfər çərçivəsində Türkiyə ilə Qətər arasında ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, regional məsələlər də müzakirə olunacaq.