Ukrayna Hərbi Hava Qüvvələrinin "Vostok" raket bölmələrinin zenit atıcıları İranın 4 ədəd “Şahed-136/131” hücum kamikadze dronunu məhv ediblər.
Bu barədə Ukrayna HHQ-nin teleqram kanalında məlumat yayılıb.
Fevralın 11-də axşam saatlarında Azov dənizinin şərq sahillərindən həyata keçirilən dron hücumunun qarşısı uğurla alınıb.
Bundan başqa, bu istiqamətdə “Orlan-10” operativ-taktiki PUA-sı da vurulub.(“Report”)