Polşa ABŞ-dan uzunmüddətli icarəyə götürdüyü “MQ-9A Reaper” kəşfiyyat pilotsuz uçuş aparatlarını təhvil alıb.
Bunu Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak “Tvitter”də yazıb.
“Təcili əməliyyat üçün ABŞ-dan icarəyə götürülmüş “MALE” sinfinə aid “MQ-9A Reaper” pilotsuz uçuş aparatları Polşaya çatdırılıb. Onlardan şərq sərhədimizdə Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunacaq”, - deyə o bildirib.
“Report” xatırladır ki, 2022-ci ilin oktyabrında Polşa Müdafiə Nazirliyinin Silahlanma Agentliyi Amerikanın “General Atomics - Aeronautical Systems Inc” şirkəti ilə “MQ-9A Reaper” kəşfiyyat pilotsuz uçuş aparatlarının tədarükü üçün lizinq müqaviləsi imzalayıb.