“Putin sülhə hazırlaşmır. O, Ukraynaya qarşı yeni hücumlara hazırlaşır”.
Bunu NATO Baş katibi Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin sabah keçiriləcək iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.
“Biz Ukraynanın özünümüdafiəsi və qalib gəlməsi üçün ehtiyac olduğu silahları verməliyik. Biz sabah Ukraynanın vacib ehtiyaclarını müzakirə edəcəyik. Biz nə qədər müddət ehtiyac olarsa, Ukraynanın yanında olacağımızı artıq bəyan etmişik.
Rusiya döyüş meydanında təşəbbüsü ələ keçirməzdən əvvəl döyüş sursatı, yanacaq və ehtiyat hissələri Ukraynaya vaxtında çatmalıdır. Sürətli çatdırılma həyatları xilas edəcək”, - Stoltenberq vurğulayıb.(APA)