Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə aldığı xəstəxanadan yeni görüntüləri yayılıb.
Senzor.az bildirir ki, görüntüləri ölkənin “Mtavari” telekanalı yayıb.
Müşahidə kameraları vasitəsilə çəkildiyi deyilən kadrlarda sabiq Prezidentin halının pisləşdiyi, hərəkət etməyə çətinlik çəkdiyi və müvazinətini itirərək yıxıldığı əks olunur.
Kadrların ötən il oktyabrın 6-da çəkildiyi qeyd olunub.
Saakaşvilinin vəkilləri və yaxınları onun səhhətinin hər gün daha da pisləşdiyini bildirirlər.