Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki “F-35” qırıcısı Polşa səmasında Rusiyaya məxsus üç hərbi təyyarədən ibarət qrupun qarşısını alıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Naməlum təyyarələr Rusiyanın Kaliniqrad regionu tərəfindən Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşıb”, - Niderland Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, iki “Su-27” qırıcısı və bir “İl-20M” elektron kəşfiyyat təyyarəsi ölkənin hava məkanını pozub. Niderlandın 2 “F-35” qırıcısı Rusiya təyyarələrini müşayiət edib, onları Polşa hava məkanından çıxarıb.
Niderland Müdafiə Nazirliyi ölkəyə məxsus 8 ədəd “F-35” qırıcısının müvəqqəti olaraq Polşada olduğunu açıqlayıb.