Rusiya XİN Moldova Prezidentinin iddialarını əsassız adlandırıb

Moldova Prezidenti Maya Sandunun iddiaları əsassızdır.


Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldova Prezidenti Maya Sandunun "Rusiya Moldovada dövlət çevrilişi planlaşdırır" bəyanatına münasibət bildirərkən deyib.


"Bu cür iddialar tamamilə əsassız və sübutsuzdur. Onlar ABŞ, digər Qərb ölkələri və Ukrayna tərəfindən tez-tez istifadə olunan klassik texnikalar ruhunda qurulur. Əvvəlcə yoxlanılması mümkün olmayan gizli kəşfiyyat məlumatlarına istinad edərək ittiham edirlər, sonra isə öz qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün istifadə edirlər. Aydındır ki, “Rusiyanın Moldovada sabitliyi pozmaq planı” ilə bağlı dezinformasiyaya başlayan Kiyevin əsl məqsədi Kişinyovu Rusiya ilə sərt qarşıdurmaya çəkməkdir. Öz növbəsində, Moldova hakimiyyət orqanları Rusiya təhlükəsi mifindən istifadə edərək, Moldova vətəndaşlarının diqqətini, ilk növbədə, indiki administrasiyanın uğursuz sosial-iqtisadi kursunun yaratdığı daxili problemlərdən yayındırmaq, fərqli fikirlərə və siyasi rəqiblərə qarşı mübarizəni gücləndirmək məqsədilə bu feyki təsdiqləyiblər. Yeri gəlmişkən, bu cür planlar artıq həyata keçirilir və onlar açıq şəkildə rusofobik rəvayətlərdə yer alır. Maraqlıdır ki, Moldovanın özündə də çoxları Maya Sandunun bəyanatını etimadsızlıq və çaşqınlıqla qarşılayıblar”.


XİN Rusiyanın Moldova Respublikasındakı vəziyyəti “silkələmək” istəyi ilə bağlı iddiaları qətiyyətlə rədd Etdiyini bildirib.


“Qərb ölkələrindən və Ukraynadan fərqli olaraq biz Moldovanın və dünyanın digər ölkələrinin daxili işlərinə qarışmırıq. Rusiya Moldova Respublikasının təhlükəsizliyinə təhdid yaratmır və qarşılıqlı faydalı və bərabərhüquqlu ikitərəfli əməkdaşlığın inkişafının tərəfdarıdır. Biz Moldova hakimiyyətini nəhayət dövlətçilik nümayiş etdirməyə, kənar təxribatlara uymamağa və Rusiya ilə sabit dostluq münasibətlərinin Moldovaya gətirə biləcəyi böyük üstünlükləri dərk edərək öz hərəkətlərində öz ölkəsinin vətəndaşlarının maraqlarını rəhbər tutmağa çağırırıq", deyə Rusiya XİN-nin saytında Mariya Zaxarova adından yayılan şərhdə qeyd olunub.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.