Yazda əks-hücuma keçməsi üçün ABŞ və müttəfiqləri Ukraynaya yardım edəcəklərini bildiriblər.
BBC xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rayştaynda keçirilən iclasda vurğulayıb.
Onun sözlərinə görə, 8 ölkə - Almaniya, Polşa, Kanada, Portuqaliya, İspaniya, Norveç, Danimarka və Niderland Ukraynaya “Leopard” tankları göndərəcək:
“ABŞ, Polşa və Çexiya tank tədarük edib”.
Pentaqonun başçısı qeyd edib ki, ABŞ, Almaniya, Niderlan artıq Ukraynaya “Patriot” Hava Hücumundan Müdafiə sistemi, Fransa və İtaliya isə SAMP/T göndərir. Nazirin sözlərinə görə, bir neçə ölkə ilə döyüş sursatı tədarükü üzrə işlər görülür.(“Report”)