Suriyada zəlzələdə itkin düşənlərin axtarışları başa çatdı

Suriya Mülki Müdafiə Qüvvələri ölkədə baş vermiş dağıdıcı zəlzələdən sağ qalanların axtarışlarının başa çatdığını açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Suriya Mülki Müdafiə Qüvvələrinin sözçüsü “Əl-Hədas” telekanalına müsahibəsi zamanı məlumat verib.

 

“Mülki Müdafiə Qüvvələri ölkənin şimalında baş verən zəlzələ nəticəsində itkin düşənlərin axtarışı üzrə fəaliyyətlərini başa çatdırıb”, - deyə o söyləyib.

 

Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin qubernatoru Amer İsmayıl Hilal da vilayətdə xilasetmə əməliyyatlarının dayandırıldığını və dağılmış binaların dağıntılarının təhlilinin aparıldığını söyləyib.

 

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi regionunda fövqəladə hallar üzrə direktoru Rik Brennan fevralın 13-ü axşam verdiyi açıqlamada bildirmişdi ki, Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 8 min 500-ə çatıb, 32 500 yaralı var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.