Türkiyədə dağıntılar altından çıxarılan 282 uşağın şəxsiyyəti hələ də müəyyən edilməyib
RƏSMİ

Türkiyədə “Əsrin fəalkəti” adlandırılan zəlzələ nəticəsində həlak olan 508 uşağın şəxsiyyəti müəyyən edildikdən sonra ailələrinə təhvil verilib.

 

Senzor.az bildirir ki, bu barədə ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, hazırda 1396 kimsəsiz uşaqdan 721-nin müalicəsi davam etdirilir, 167 uşaq müalicə olunduqdan sonra müalicə müəssisələrinə yerləşdirilib. Dağıntılar altından sağ çıxarılan 282 uşağın isə şəxsiyyətini hələ də müəyyənləşdirmək mümkün olmayıb.

 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 3 mindən çox afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

 

Zəlzələ nəticəsində Türkiyədə 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.

 

Suriyada isə 8 500 nəfərdən çox həlak olan, 32 500-dən çox isə yaralı var.

 

İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.