ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi prezident olmaq istəyir
“YENİ NƏSİL LİDERLƏRİN VAXTIDIR”

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 2024-cü ildə ölkə prezidentliyinə namizəd olmaq niyyətini açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, çərşənbə axşamı Heylinin seçki kampaniyasının başlaması ilə bağlı xüsusi video yayılıb.

 

Heyli əlavə edib ki, prezident kimi o, ABŞ siyasətinə yeni yanaşma sərgiləyəcək.

 

“Co Baydenin təcrübəsi dəhşətlidir, lakin bu, təəccüblü olmamalıdır. Vaşinqton isteblişmenti bizi dönə-dönə məyus edib. Yeni nəsil liderlərin vaxtıdır”, - Heyli deyib.

 

O, Çin, Rusiya və İran kimi dövlətlərlə münasibətdə “Bilməlisiniz ki, mən xuliqanlara dözməyəcəyəm”, - deyə bəyan edib.

 

Qeyd edək ki, Heyli 1972-ci ildə Cənubi Karolinada anadan olub və 2011-2017-ci illərdə ştatın qubernatoru vəzifəsində çalışıb. O, 2017-2018-ci illərdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.