ABŞ-ın paytaxtı Vaşinqtonda toplaşan müsəlman, yəhudi və xristian din xadimləri Türkiyə və Suriyada baş verən zəlzələdən zərər çəkənlərə dua ediblər.
“Haber Global” bildirir ki, dinlərarası dua ayini Amerikada Pravoslav Kilsəsinin arxiyepiskopu Elpidoforos tərəfindən təşkil edilib.
Tədbirə Türkiyənin Vaşinqtondakı səfiri Hasan Murat Mercan, səfirliyin dini xidmətlər üzrə müşaviri professor Bilal Kuşpınar, ABŞ Dini İşlər Mərkəzinin imamlarından Nurullah Çələbi, Baltimor ershersoq yepiskopu Dennis Madden, Antakyadakı Suriya Pravoslav Kilsəsindən Con Kavak və s. qatılıblar.
Yəhudi icmasından Yəhudi Dinlərarası Məsləhətləşmələr üzrə Beynəlxalq Komitəsinin ravvini Riçard Marker və Amerika Yəhudi Komitəsinin üzvü Ceyson İsaakson da tədbirdə iştirak ediblər.
Tədbirdə zəlzələ qurbanları üçün dualar edilib.
Arxiyepiskop Elpidoforos sosial şəbəkə hesabından tədbirlə bağlı paylaşım edib, həmçinin zəlzələdən zərər çəkənlər üçün ianə toplandığını bildirib.
With Faith Leaders praying for Türkyie & Syria, we shine a light on how to live in harmony and raise awareness and bring aid. Please consider our Earthquake Relief Fund: https://t.co/tzYHNTfmut and bring the better angels of our nature to this unspeakable tragedy. pic.twitter.com/GENTmeK6Te
— Elpidophoros (@Elpidophoros) February 14, 2023