Hazırda Moldovaya birbaşa hərbi təhlükə görmürük - ABŞ DÖVLƏT DEPARTAMENTİ

"Moldovanın demokratik yolla seçilmiş hökumətində Rusiyanın sabitliyi pozmaq planına dair xəbərlərdən dərin narahatlıq keçiririk".


Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat brifinqində deyib.


"Rusiyanın həm Moldovada, həm də regionda bədxah təsirinin uzun tarixi var. Buna görə də biz Moldova ilə onun siyasi dayanıqlığını artırmaq və bu ölkənin demokratik təsisatlarını sarsıtmaq istiqamətində Rusiyanın uzunmüddətli səylərinə qarşı sıx əməkdaşlıq etmişik. Biz Moldovanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik", - Prays vurğulayıb.


Dövlət Departamentinin sözçüsü Rusiyanın Ukraynaya raket zərbələri endirmək üçün Moldova hava məkanını pozmasını qəbuledilməz risk və bu ölkənin suveren ərazisinə açıq-aşkar hörmətsizlik adlandırıb.


"Ancaq hazırda biz Moldovaya birbaşa hərbi təhlükə görmürük. Biz bu kritik dövrdə moldovalı tərəfdaşlarımızla sıx əlaqədə olmuşuq. Biz Moldova Prezidenti Maya Sandunun rəhbərliyini qətiyyətlə dəstəkləyirik və hökumət formalaşdıqdan sonra yeni baş nazir və Nazirlər Kabineti ilə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik", - Ned Prays qeyd edib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.