ABŞ dövlət katibi Almaniya, Türkiyə və Yunanıstana səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə və Yunanıstana səfər edəcək.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat yayıb.

 

Məlumata görə, fevralın 16-da Blinken Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Konfrans çərçivəsində o, bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə Ukraynaya dəstək, eləcə də zəlzələdən sonra Türkiyə və Suriyaya kömək məsələləri müzakirə ediləcək.

 

ABŞ dövlət katibi fevralın 19-da Türkiyənin İncirlik aviabazasına, sonra isə Ankaraya gedəcək və orada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslərlə görüşəcək.

 

Yunanıstana səfər edəcək Blinken fevralın 21-də Afinada Baş nazir Kiriakos Mitsotakis, xarici işlər naziri Nikos Dendias və müxalifət lideri Aleksis Tsiprasla görüşəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.