Rusiya ordusunun Ukraynaya raket hücumundan sonra Moldovada yenidən raket parçaları tapılıb.
Bu barədə Moldova XİN mətbuat xidməti məlumat yayıb.
“Raket parçaları sərhəd polisi tərəfindən tapılıb. Hazırda hadisə yerində təcili yardım və istehkamçılar işləyir, yaxınlıqdakı ərazi mühasirəyə alınıb”, - nazirlik bildirib.
XİN onu da əlavə edib ki, Moldova ərazisində artıq dördüncü dəfədir ki, raket parçaları tapılır.