NATO Baş katibi Yens Stoltenberq Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Ulf Kristerssonla görüşüb.
Senzor.az xəbər verir ki, bunu Y.Stoltenberq tviterdə yazıb.
“Türkiyə səfərimdən sonra liderlərlə görüşdüm. İndi onlar üzvlüyə müraciət etməzdən əvvəlkinə nisbətən daha təhlükəsizdirlər. Hər iki dövlətin NATO-ya üzv olmasını səbrsizliklə gözləyirəm”, - Baş katib söyləyib.