Münxen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən “Boeing C-17 Globemaster" hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacaq.
Bu barədə “Bloomberg”in jurnalisti Cennifer Ceykobs tviterdə yazıb.
“Vitse-prezidentin mavi və ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-a C-17 dəstək təyyarəsi ilə qayıdacaq”- deyə, o bildirib.
Onun sözlərinə görə, artıq K.Harris hərbi təyyarə ilə ABŞ-a yola düşüb.
Münxenə səfərində onu müşayiət edən ABŞ vitse-prezidentinin mətbuat xidməti daha sonra Harrisin hərbi nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacağını təsdiqləyib.(“Report”)
VP is wheels up after Munich Security Conference. Didn’t take questions from reporters on tarmac pic.twitter.com/0HSYApG9Fu
— Jennifer Jacobs (@JenniferJJacobs) February 18, 2023