ABŞ-ın Suriyadakı hərbi bazasına raket zərbəsi endirilib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, raket yanacaq olan hissəyə düşdüyü üçün yanğın baş verib.
İtkilər və ya yaralananlarla bağlı məlumat yoxdur.
Bu arada “Al-Hadath” telekanalı Əl-Omar neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasında həyəcan elan olunduğu barədə məlumat yayıb. Koniko qaz sahəsi yaxınlığında yerləşən ABŞ bazasında da yüksək döyüş hazırlığı elan edildiyi bildirilir.
Telekanal ABŞ bazasına Deyr-ez-Zorda Suriya Ordusu tərəfdən döyüşən iranyönümlü şiə qruplaşması tərəfindən zərbə endirildiyi barədə xəbər yayıb. Raket zərbəsindən əvvəl baza üzərində kəşfiyyat uçuşu aparan pilotsuz aparat vurulub.