Ermənistanın müdafiə naziri Suren Papikyan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Senzor.az "Sputnik Armeniya"ya istinadən bildirir ki,
o, səfər çərçivəsində bu ölkədə keçirilən beynəlxalq müdafiə sənayesi konfransının açılışında iştirak edib.
Məlumata görə, tədbir "IDEX and NAVDEX 2023" beynəlxalq forumları çərçivəsində keçirilib.
Konfrans zamanı müdafiə və təhlükəsizlik sahəsində müasir çağırışlar və onların həlli yolları müzakirə olunub.