Türkiyədə zəlzələdə həlak olanların sayı 41 mini ötdü
YENİLƏNİB

Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

"Son məlumatlara görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində 41 min 20 vətəndaş həyatını itirib", - deyə AFAD-ın yaydığı açıqlamada bildirilir.

  

**17:28


Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 40 min 689-a yüksəlib.

 

Senzor.az bildirir ki, bunu mətbuata açıqlamasında ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer deyib.

 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. 

 

Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.