Fevralın 19-da Gürcüstanda 3 zəlzələ olub.
Bu barədə Gürcüstan Milli Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilir ki, birinci zəlzələ bu gün saat 06:27-də Ozurqeti bələdiyyəsinin Kvaçalati kəndində 3,6 bal gücündə olub. İkinci zəlzələ isə bir qədər sonra Gomismta kurortunda baş verib - 3 bal. Daha bir zəlzələ Çoxatauri bələdiyyəsinin Bukinar kəndində 3,1 bal gücündə qeydə alınıb.
Qeyd edək ki, fevralın 18-də episentri Dmanisi bələdiyyəsinin Məmişlər kəndində olmaqla, ard-arda 3 bal gücündə daha iki zəlzələ baş verib.
Senzor.az xatırladır ki, Gürcüstan orta seysmik aktivliyə malik ölkədir. Gürcüstanda qeydə alınan ən güclü zəlzələ 7,0 bal gücündə 1991-ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində baş verib. Episentrdə intensivlik 9 bal olub.
O vaxt bu zəlzələ 200-ə yaxın insanın həyatına son qoymuş, 46 minə yaxın ev və min sənaye obyekti dağılmışdı.
Senzor.az