ABŞ Prezidenti Cozef Bayden fevralın 20-də Polşaya səfərə gedir.
“İnterfaks” xəbər verir ki, iki gün davam edəcək səfər zamanı o, Polşa Prezident Anjey Duda və NATO-nun şərq cinahında yerləşən doqquz ölkənin - “Buxarest doqquzluğu”nun liderləri ilə görüşəcək.
Ağ Evdən bildirilib ki, C.Bayden Polşanın dövlət başçısı ilə ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin Ukraynaya dəstək üçün kollektiv səyləri müzakirə edəcək.
Fevralın 21-də ABŞ Prezident Ukraynada xüsusi əməliyyatın ildönümünə həsr olunmuş müraciətlə çıxış edəcək. O, çıxışında “Ukraynaya dəstəkdə beynəlxalq ictimaiyyətin qətiyyəti və birliyinin” vacibliyini qeyd edəcək.
Qeyd edək ki, C.Bayden sonuncu dəfə Polşaya ötən ilin martında səfər edib.
Polşa ABŞ-ın NATO-dakı müttəfiqlərindən biridir, hazırda ölkədə minlərlə Amerika hərbçisi var.