Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini qəbul edəcək.
Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Cozep Borrel jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yeni sanksiyalar İranda insan haqları pozuntularına görə tətbiq olunacaq.
Borrel deyib ki, İran xarici işlər naziri Əmir-Abdullahianla telefon danışığı zamanı sanksiyaların tətbiq olunacağı ilə bağlı ona xəbərdarlıq edib.(APA)