NATO Ukraynadakı müharibənin birinci ildönümü ilə bağlı bəyanat yayıb

"Ukraynaya siyasi və praktiki dəstəyi daha da gücləndiririk, çünki o, Rusiyanın işğalına qarşı özünü müdafiə edir və Ukraynanın qalib gəlməsinə kömək etmək üçün lazım olan müddət ərzində dəstəyimizi davam etdirəcəyik".


Bu Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin birinci ildönümü ilə bağlı Şimali Atlantika Şurasının yaydığı bəyanatda deyilir.


Bəyanatda qeyd olunur ki, hərbi alyans Ukraynaya dəstək istiqamətində beynəlxalq təşkilatlar, xüsusilə Aİ və digər tərəfdaş ölkələr də daxil olmaqla, müvafiq maraqlı tərəflərlə koordinasiyalı şəkildə işləməyə davam edəcək. "Biz Ukraynanın azad və demokratik gələcəyini təmin etmək üçün uzunmüddətli səylərini dəstəkləməkdə qətiyyətliyik. Biz müttəfiqlər olaraq Ukrayna hökuməti və xalqı ilə həmrəy olduğumuzu bir daha təsdiqləyirik. Həlak olan insanların xatirəsini ehtiramla yad edirik və Rusiyanın qeyri-qanuni müharibəsi nəticəsində Ukraynanın yaşayış massivləri, mülki və enerji infrastrukturu da daxil olmaqla, insanların faciəvi iztirablarına və dağıntılarına təəssüflənirik. Biz Ukraynaya siyasi və praktiki dəstəyi daha da gücləndiririk, çünki o, Rusiyanın işğalına qarşı özünü müdafiə edir və Ukraynanın qalib gəlməsinə kömək etmək üçün lazım olan müddət ərzində dəstəyimizi davam etdirəcəyik. Ukraynanın azad və demokratik gələcəyini təmin etmək üçün uzunmüddətli səylərini dəstəkləməkdə qətiyyətliyik. Biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyir, Ukraynanın özünümüdafiə və öz təhlükəsizliyi üçün addımları seçmək hüququnu tam dəstəkləyirik", bəyanatda qeyd olunur.


Alyans bildirir ki, beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq-aşkar pozulması olan bu müharibəyə görə bütün məsuliyyəti Rusiya daşıyır.


“Rusiyanın hərəkətləri ATƏT-in prinsip və öhdəliklərini pozur, beynəlxalq təhlükəsizlik və sabitliyə və qaydalara əsaslanan beynəlxalq nizama ciddi zərbə vurur. Biz Rusiyanı Ukrayna ilə danışıqlara konstruktiv şəkildə qoşulmağa çağırsaq da, Rusiya ədalətli və davamlı sülhə heç bir səmimi açıqlıq nümayiş etdirməyib. Biz Rusiyaya beynəlxalq koordinasiyalı təzyiqi davam etdirmək əzmində qalırıq. Belarus da daxil olmaqla, Rusiyanın müharibəsinə fəal yardım edənlərin hamısını pisləyirik. Rusiya hərbi cinayətlərə və digər vəhşiliklərə görə cəzasız qala bilməz. Rusiya BMT Baş Assambleyasının 23 fevral 2023-cü il tarixli Qətnaməsinə və BMT Baş Assambleyasının digər müvafiq qətnamələrinə uyğun olaraq bu müharibəni dərhal dayandırmalı və bütün hərbi qüvvələrini Ukraynadan çıxarmalıdır", bəyanatda deyilir.


Bəyanatda o da vurğulanır ki, Rusiyanın Ukraynada ağardığı bu müharibə həm də qlobal təhlükəsizliyi təhdid edir.


"Rusiyanın enerji şantajı, qlobal ərzaq təchizatına təsiri, bədniyyətli hibrid fəaliyyəti, dünya miqyasında dezinformasiya kampaniyası və məsuliyyətsiz nüvə ritorikası Rusiyanın beynəlxalq normalara və bütün dünyada milyardlarla insanın rifahına məhəl qoymadığını açıq şəkildə nümayiş etdirir. Bütün Avro-Atlantik məkanda sülh, təhlükəsizlik və sabitlik üçün səy göstərməyə davam edəcəyik. Müttəfiq ərazilərinin hər qarışını müdafiə etməyə hazırıq".


Bəyanatda qeyd olunur ki, NATO açıq qapı siyasətinə sadiqdir və Avro-Atlantikaya inteqrasiya ilə bağlı istəyini irəli sürən Ukrayna ilə tərəfdaşlığı gücləndirməyə davam edəcək. "Biz, həmçinin Rusiyanın bədxah təsirinə daha çox məruz qalan ölkələrə kömək etməklə, digər tərəfdaşlığımızı daha da gücləndiririk".(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.