Polşanın Baş naziri Ukraynaya səfəri zamanı bu ölkəyə “Leopard” tankları aparıb.
APA xəbər verir ki, Polşa Prezidenti Andrej Duda Baş nazir Mateuş Moravietski fevralın 24-də Kiyevə səfəri zamanı Polşanın vəd etdiyi “Leopard” tanklarının ilk partiyasını çatdırdığını təsdiqləyib.
Qeyd edək ki, Polşa Ukraynaya 14 "Leopard" döyüş tankları verəcəyini bildirmişdi. Moravietskinin Ukraynaya neçə tank gətirdiyi açıqlanmır.
**15:17
Polşanın Baş naziri Mateuş Moravietski Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bu barədə Polşa hökumət kabinetinin sözçüsü Piotr Müller paylaşıb.
Qeyd edək ki, Baş nazir Kiyevdə səfərdədir.
**13:23
Polşanın Baş naziri Mateuş Moravietski Kiyevə gedib.
Unian xəbər verir ki, onu paytaxtda Ukrayna Baş naziri Denis Şmıqal qarşılayıb.